19 yaşlılarımız səfərdə 3 oyun keçirəcək
ESTAFET/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.
Millimiz hazırlıqlarını Bakıda davam etdirir.
Yığmamız mayın 31-dək Bakıda hazırlıq keçəcək. Komandamız iyunun 1-dən 3-dək Belarusun Minsk, 3-dən 6-dək isə Moldovanın Kişinyov şəhərində məşq edəcək.
U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Millimiz iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq. Təlim-məşq toplanışına 22 oyunçu çağırılıb.