“Zirə” Hacılı ilə bağlı qərarını açıqladı
ESTAFET/ “Zirə” yarımmüdafiəçisi Hacıağa Hacılı ilə bağlı qərarını açıqlayıb. Klubun rəsmi saytını məlumatına görə, gənc yarımmüdafiəçinin komandada qalacağı təsdiqlənib.
Ötən yay “Qarabağ”dan icarəyə götürülən 22 yaşlı orta sahə oyunçusu növbəti mövsümü də eyni şərtlərlə “Zirə”də keçirəcək. O, Ağdam klubundan daha bir illiyə icarəyə götürülüb.
Qeyd edək ki, yay fasiləsində hələlik hücumçu Davit Volkovla yeni müqavilə bağlayan “Zirə” Elvin Camalov, Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqui və Mateus Albino ilə yollarını ayırıb.