Cüdoçularımız Avropa Paralimpiya Çempionatından Vətənə qayıdıblar

Avqustun 12-si Niderlandın Rotterdam şəhərində keçirilən Avropa Paralimpiya Çempionatında iştirak etmiş cüdoçularımızın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimi keçirilib. Cüdo komandamızı Milli Paralimpiya Komitəsinin nümayəndələri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, cüdoçularımız Avropa Paralimpiya Çempionatında 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
