"SÜRƏTİN NƏBZİNİ TUT - 2" START GÖTÜRÜB
ESTAFET/ Bugündən etibarən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlimlərə start verib.
"Hyatt Regency" otelinin "Şuşa" zalında start götürən təlimlərin ilk günündə Formula 1 yarışlarını dünyada nüfuzlu "Sky Sports" və "BeIN Sports" telekanallarında işıqlandırmış britaniyalı jurnalist və peşəkar avtoidman şərhçisi Kristofer Medland öz bilik və bacarıqlarının jurnalistlərlə bölüşüb.
Təlimçi ilk olaraq, jurnalistlərlə birlikdə Formula 1-lə tanışlıq xarakterli "səhayətə" çıxıb. Daha sonra yarış qaydaları və yarış zamanı istifadə olunan vasitələrin öyrənilməsi ilə davam edib.
İnteraktiv diskussiya formatında davam edən təlim zamanı iştirakçılarla qısa test "müsabiqələri" maraqlı alınıb. Səmərəli keçən görüşün maraqlı məqamlarından biri, qarşıdan gələn mövsümdən etibarən gözlənilən dəyişiklər iştirakçılarla müzakirəsi idi.
Təlimin keçirilməsində əsas məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməkdir.