Karlsendən böyük üstünlük

ESTAFET/ Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə Dünya çempionu adı uğrunda matç keçirilir. Hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə rus şahmatçı Yan Nepomnyaşıy arasında keçirilən matçda artıq 8 tur geridə qalıb.
26 noyabr tarixindən start götürən yarışda dünən 8-ci turun oyunu keçirilib. Ağ fiqurlarla oynayan norveçli şahmatçı 48-ci gedişdə rus rəqibini təslim olmağa məcbur edib. Bununla da seriyada 5:3 hesabı ilə önə keçən Karlsen böyük üstünlük əldə edib və onun bü üstünlüyünü əldən verəcəyi real görünmür.
Xatırladaq ki, dünya çempionu adı uğrunda matç 14 oyundan ibarətdir. Bu gün istirahət edən şahmatçılar sabah 9-cu oyunda qarşılaşacaqlar.
