Cüdo yığmalarının il üçün medal sıralaması

ESTAFET/ Cüdo yığmalarının 2021-ci il üçün yekun medal sıralaması açıqlanıb. İl ərzində beynəlxalq yarışlarda tatamı üzərinə çıxan 130 ölkədən 101-nin üzvləri medal qazana bilib.

Çempionluq sevinci isə yalnız 69 yığma təmsilçilərinə nəsib olub. Rusiya cüdoçuları ili zirvədə başa vurub. 197 medal qazanan şimallılar 66 qızıla sevinib.

Azərbaycan cədvəldə 10-cudur. Cüdoçularımız il ərzində 72 medal qazanıblar. Bunun 19-u qızıl, 18-i gümüş və 35-i bürüncdür.

Koronavirus pandemiyası üzündən əksər yarışların baş tutmadığı, cüdoçulaırn tam hazırlıq keçə bilmədiyi 2020-ci ildə yığmamız 24-cü idi. Həmin vaxt idmançılarımız 4 qızıl, 12 gümüş və 17 bürünclə kifayətlənib.

Qeyd edək ki, hesablama zamanı təkcə böyüklər deyil, gənclər, veteranlar və paracüdoçuların da nəticələri nəzərə alınıb.

Müəllif: Natiq NƏSİROV