"Qarabağ"ın potensial rəqibləri bəlli oldu

ESTAFET/ Futbol üzrə UEFA Konfrans Liqasında pley-off və 1/8 final mərhələsinin iştirakçıları müəyyənləşib. Bu turnirdə və Avropa Liqasında qrup mərhələsinin son tur matçlarının ardından qitənin üçüncü dərəcəli klub turnirində kimlərin yoluna davam edəcəyinə aydınlıq gəlib.
Yalnız G qrupunda “Tottenhem” – “Renn” oyunu təxirə salındığından, ikinci yeri “Tottenhem”in, yoxsa “Vitess”in tutacağı bəlli deyil.
H qrupunda ikinci yeri tutan “Qarabağ” pley-offda iştirak hüququ əldə edib. Azərbaycan klubu Avropa Liqasından gələn komandalardan birinə rəqib olacaq.
PLEY-OFF
Qrup ikincisi kimi vəsiqə qazananlar: “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “Bodo-Qlimt” (Norveç), “Randers” (Danimarka), “Slaviya” (Çexiya), PAOK (Yunanıstan), “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə).
Avropa Liqasından gələnlər: “Sparta” (Çexiya), PSV (Niderland), “Lester” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Seltik” (Şotlandiya), “Marsel” (Fransa), “Midtülland” (Danimarka), “Rapid” (Avstriya).
1/8 FİNAL
LASK (Avstriya), “Gent” (Belçika), “Roma” (İtaliya), “Alkmaar” (Niderland), “Feyenoord” (Niderland), “Kopenhagen” (Danimarka), “Renn” (Fransa), “Bazel” (İsveçrə).
Qeyd edək ki, dekabrın 13-də pley-off mərhələsinin püşkü atılacaq. Oyunlar fevralın 17-də və 24-də keçiriləcək. 1/8 final mərhələsinin püşkatma mərasimi isə fevralın 25-də, oyunları da 10-17 mart tarixlərində baş tutacaq.
