Millimiz Belçika ilə qarşılaşacaq

ESTAFET/ Futzal üzrə Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək. Yığmamız yanvarda Belçika ilə qarşılaşacaq.
Joze Alesionun yetirmələri bu matçı səfərdə keçirəcək. Görüş gələn il yanvarın 17-də baş tutacaq. Millimiz Avropa çempionatının final mərhələsinin keçiriləcəyi Niderlanda məhz bu oyundan sonra yollanacaq.
Qeyd edək ki, Avropa çempionatına hazırlıq məqsədi ilə yığmamız dekabrın 18-19-da Ukrayna ilə iki görüşdə də qüvvəsini sınayacaq.
