Durarbəyli Avropada 22-ci oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, dünəndən etibarən Polşanın Katovitse şəhərində şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı start götürüb və bu yarışda ölkəmizi Vasif Durarbəyli təmsil edir. 

Dünən keçirilən oyunlarla blits üzrə çempionata yekun vurulub. Avropanın 21 ölkəsindən gələn 511 şahmatçı arasında gedən mübarizənin yekununda qalib adının yerli qrossmeyster Jan-Krzistof Duda qazanıb. O, 11 turun sonunda 17 xalla rəqibləri üçün əlçatmaz olub. 

Təmsilçimiz Vasif Durarbəyli 14 xalla çempionatı 22-ci sırada bitirib. 

Xatırladaq ki, bu gün şahmatçılar rapid növündə mübarizəyə başlayacaqlar. 

Müəllif: Natiq NƏSİROV