Millimiz Ukraynaya məğlub oldu

ESTAFET/ Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Ukrayna milli komandası ilə qarşılaşıb.
Yoldaşlıq oyunu FHN-in İdman-sağlamlıq mərkəzində baş tutub. Joze Alesionun yetirmələri bu qarşılaşmada məğlub olublar. İlk hissədə 2 cavabsız top buraxan futzalçılarımız fasilədən sonra avtoqola üzülüblər. Görüşün sonlarında isə rəqib fərqi 4 topa çatdırıb.
Qeyd edək ki, iki yığma arasında ikinci matç sabah keçiriləcək.
Yoldaşlıq oyunu
18 dekabr 2021
18:00. Azərbaycan – Ukrayna 0:4
Qollar: Petro Şoturma 5:07, Mixaylo Zvariç 11:44, Fineo De Araujo 24:59 (ö/q), Mikola Biloçerkiveç 38:53
Baş hakim: Knyaz Əmiraslanov
FHN-in İdman-sağlamlıq mərkəzi
