Səmədova Türkiyə klubu ilə anlaşdı

ESTAFET/ Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova (Krneta) karyerasını bərpa edib. Analıq məzuniyyətindən qayıdan hücumçu Türkiyə çempionatında çıxış edəcək.

O, “Bolu Bələdiyyəsispor”la anlaşıb. Voleybolçumuz Superliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Səmədova Bolu təmsilçisinin heyətində yığmamızın ikinci üzvü olacaq. Onadək Olena Xarçenko da bu klubla müqavilə imzalayıb.

Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan bolulular 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Müəllif: Bəhruz MƏMMƏDOV