Kulibalinin qərarı

ESTAFET/ Avropanın bir neçə top-klubu “Napoli”nin müdafiəçisi Kalidu Kulibalinin xidmətində maraqlıdır. 30 yaşlı futbolçu özü isə Neapol təmsilçisində qalmaq niyyətindədir.

Seneqal millisinin üzvü italyanlarla yeni müqavilə imzalamağa da hazırdır. Ancaq A seriyası klubunun məvacib təklifi onun ürəyincə olmalıdır. Tərəflər ortaq məxrəcə gələ bilsə, tezliklə yeni saziş imzalanacaq.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxan Kalidu Kulibalinin “Napoli” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Müəllif: Orxan NOVRUZOV