Azərbaycan şahmatçısı FIDE bayrağı altında oynamaqdan imtina etdi

ESTAFET/ Azərbaycan şahmatçısı Rauf Məmmədov FIDE bayrağı altında yarışlarda iştirakdan imtina edib. 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.
Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FIDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını feysbuk səhifəsində açıqlayıb: “Söz verirəm ki, FIDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”.
Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvarkoviçdir.
