BŞH-nin yollarda məhdudlaşma ilə bağlı bəyanatı

ESTAFET/ Gələn ay Bakıda keçiriləcək Formula 1 üzrə növbəti Azərbaycan Qran-Prisinə hazırlıq işləri ilə əlaqədar təşkilatçı qurum olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bəyanatla çıxış edib. Bəyanatı təqdim edirik:

Builki Formula 1 yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) Abşeron Mariott otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

Yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

Müəllif: Natiq NƏSİROV