Voleybolçular təlim-məşq toplanışını başa vurub

ESTAFET/ Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub. 

Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi  komanda qardaş ölkədə yerli yığma ilə də  gücünü yoxlayıb. "Ay-ulduzlular"la keçirilən 2 görüşdə rəqib qələbə qazanıb. 

Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV