Badmintonçumuz nüfuzlu turnirin əsas mərhələsinə yüksəldi
ESTAFET/ Badmintonçumuz Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkok şəhərində keçirilən HSBC BWF WORLD TOUR SUPER 500 seriyalı “GR TOYOTA GAZOO RACING Thailand Open 2022” turnirində kişilərin şəxsi yarışında əsas mərhələyə yüksəlib.
Mübarizəyə təsnifatdan başlayan Edi ilk görüşündə misirli Hatem Adhama 2:0 (21-10,21-15) hesabı ilə qalib gəlib. Edi əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya badmintonçusu Maks Veisskirheni 2:0 (21-11,21-19) hesabı ilə məğlub edib.
Edi 1/16 finalda Malaziya təmsilçisi Li Zi Jia ilə qarşılaşacaq. Görüş sabah keçiriləcək.
Məlumat üçün bildirək ki, Li Zi Jia kişi badmintonçuların dünya reytinqində 6-cı sırada qərarlaşıb.