Azərbaycanı Olimpiadada təmsil edəcək heyətlər bəlli oldu
ESTAFET/ Azərbaycan Şahmat Federasiyası 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətini açıqlayıb.
Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunub. Nicat Abasov kapitan , Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaq.
Qadın şahmatçılardan ibarət yığmaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunub. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi milli komandaya kömək edəcək.
Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennai şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək olimpiada avqustun 10-da yekunlaşacaq.