Yollarda quraşdırma işləri ilə bağlı BŞH-nin məlumatı
ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti paytaxt sakinlərinə yollardakı hərəkətlə bağlı məlumat ünvanlayıb. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir. Belə ki, 1 iyun tarixində gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacaq. Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sürücülərə anlayışlarına görə təşəkkür edir.