Rəcəbov rus şahmatçı ilə "sülh bağladı"
ESTAFET/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
35 yaşlı qrossmeyster yarışın üçüncü turunda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Rəcəbov turnirin son qalibi olan rəqibi ilə matçın 30-cu gedişində "sülh bağlayıb".
Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə edib, ikinci turda isə Hikaru Nakamuraya (ABŞ) uduzub. 3 turdan sonra Teymurun aktivində 1 xal var.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar.
İddiaçılar Turniri
III tur
Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (FIDE) 0,5:0,5
Dinq Liren (Çin) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Alireza Firuzca (Fransa) - Hikaru Nakamura (ABŞ) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
Xal durumu (2 turdan sonra): Karuana, Nepomnyaşi - 2 Rapport, Firuzca, Duda, Nakamura - 1,5, Liren, Rəcəbov - 1