Qadın həndbolçularımız Gürcüstanın yığma komandasına qalib gəliblər
ESTAFET/ Qadın həndbolçulardan ibarət yığma komandanın hazırlığı davam edir. Prosesə Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.
Komandamız baş məşqçi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tbilisidə keçirilən hazırlıqda Gürcüstan millisi ilə iki yoxlama görüşünda qüvvəsini sınayıb. İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
İki gün sonra təşkil olunan növbəti yoldaşlıq görüşü də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb – 26:16.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.