Qadın cüdoçular AÇ üçün Kocaelidə hazırlıq keçirlər

ESTAFET/ Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə qadınlardan ibarət milli komandasının üzvləri baş məşqçi, paralimpiya çempionu Ramin İbrahimovun rəhbərliyi və "Neftçi" idman klubunun dəstəyi ilə 20-30 iyul 2022-ci il tarixlərində Türkiyənin Kocaeli şəhərində keçirilən təlim-məşq toplantısında iştirak edir.

Təlim-məşq toplantısı 30 avqust -5 sentyabr 2022-ci il tarixlərində İtaliyanın Kalyari şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Müəllif: Natiq NƏSİROV