Ramin Musayev istefa verdi

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

O, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, Musayev, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. Yaxın saatlarda bununla bağlı rəsmi açlqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, R. Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.

Xatırladaq ki, daha əvvəl Ramin Musayev Polşanın “Lex” klubu ilə bağlı səsləndirdiyi fikirləri ilə gündəmə gəlmişdi.

Belə ki, o, iyulun 15-i Azərbaycan Premyer Liqasının püşkatmasında “Qarabağ”ın “Lex” üzərində qələbəsinə maraqlı şərh vermişdi: “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”.

Qol.az

Müəllif: Bəhruz MƏMMƏDOV