Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Hindistan və İsrail yığmaları ilə mübarizə aparacaqlar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçiriləcək 7-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) İsrail, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Hindistan şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, altı turdan sonra kişi yığmamız 9 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Aktivində 11 xal olan qadın millimiz lider Hindistandan 1 xal geri qalaraq ikinci sıradadır.

azertag.az

Müəllif: Natiq NƏSİROV