Fərid Qayıbov Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov bu gün Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalla görüşüb. Görüş zamanı mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Qəbula görə təşəkkür edən baş ravvin bildirib ki, rəhbərlik etdiyi icma dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdır.

Nazir Fərid Qayıbov bu gün Türkiyədə yaşayan pianoçu, əməkdar artist Turan Manafzadə, mədəniyyət, sənət və media üzrə jurnalist Süleyman Dincer və Türk Dünyasının Mədəniyyət Paytaxtı 2022-nin baş koordinatoru Fətullah Bingülü qəbul edib. Görüşdə Turan Manafzadə öz yaradıcılığı və gələcək layihələri baraədə məlumat verib. Nazir T.Manafzadəyə fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, T.Manafzadə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində konsert proqramı ilə çıxış etmək üçün Azərbaycanda səfərdədir.

Müəllif: Bəhruz MƏMMƏDOV