Komandalarımız Ümumdünya Şahmat Olimpiadasında Hindistan və Monqolustan yığmaları ilə mübarizə aparırlar

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən 9-cu turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan şahmatçıları ilə mübarizə aparırlar.

Qeyd edək ki, 8 turdan sonra kişi şahmatçılarımız 13 xalla 6-cı, qadın təmsilçilərimiz isə 12 xalla 8-ci pillədə qərarlaşıblar.

azertag.az

Müəllif: Natiq NƏSİROV