Ölkəmiz idman gimnastikasında ilk qızıl medalını qazanıb

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.
26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.
Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.
azertag.az
