Ağırlıqqaldırma üzrə Azərbaycan idmançısı gümüş medal qazanıb
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.
Avqustun 15-də keçirilən ağırlıqqaldırma üzrə 102 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Dadaş Dadaşbəyli birdən qaldırmada (174 kq) gümüş medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
V İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək.