Sablya üzrə qadınlardan ibarət milli komandamız İslamiadanın finalında mübarizə aparacaq

Sablya üzrə qadınlardan ibarət milli komandamız Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinalda İran yığmasına 45:22 hesabı ilə qalib gəlib.

Komandamız finalda Türkiyə seçmə kollektivini 45:31 hesabı ilə məğlub edən Özbəkistan millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Müəllif: Natiq NƏSİROV