Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Avropa çempionlarını təltif etdi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  Estoniyanın Tallin şəhərində 22 avqustda start verilərək 5 gün davam edən klublararası Avropa çempionatının qaliblərini qəbul edib. Görüşdə "Ümid" taekvondo klubunun baş məşqçisi İlkin Şahbazov, yetirmələri Sabir Məmmədli (27 kq Qızıl medal), Rasim Qarayev (27 kq Bürünc medal), Kənan Balayev (30 kq Bürünc medal) Coşqun Məmmədzadə (33 kq Gümüş medal) və valideynləri də iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himnini səsləndirərək, bayrağımızı ucaldan, böyük fərəh hissi ilə vətənə qayıdan idmançılarımızı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov "Fəxri Fərman"la təltif etmiş, gələcək yarışlarda da uğurlar arzulamışdır.

Esmira Turan

Müəllif: Bəhruz MƏMMƏDOV