Şahmatçılarımız dünya çempionatında iştirak edəcək

Gürcüstanın ikinci ən böyük şəhəri Batumidə şahmat üzrə kadetlər arasında dünya çempionatı keçiriləcək. 8,10 və 12 yaşlıların iştirak edəcəyi yarışda 25-dən çox ölkənin şahmatçılarının mübarizə aparacağı gözlənilir.

Ölkəmizi çempionatda Mehriban Əhmədli, Əsnad Baxşızadə, Xanım İsmayılova, Səfa Hümmətov, Şəmsi Qaraxanov, Yunis Mahmudzadə, Cavad Abbassoy, Toğrul Abbassoy, Camal Məmmədova, Məryəm Baxışova, Əhməd Hüseynov, Ayan Hüseynli, Kənan İsbatov, Əsnad Vəliyeva, İnci Ələkbərli, Paşam Əlizadə, Lalə Hüseynova, Xaqan Əhməd və Oqtay Cəfərov təmsil edəcək.

Sentyabrın 15-də start götürəcək dünya çempionatı 14 gün davam edəcək.

Müəllif: Natiq NƏSİROV