Azərbaycanın karateçiləri Dünya Oyunlarında iştirak edəcək

Azərbaycan karateçiləri 9-11 Sentyabr tarixlərində Çexiyanın Pardubiçe şəhərində Dünya Şotokan Federsiyasının (WSF) 12-ci Dünya çempionatında iştirak edəcək.

Yarışa 27 idmançımız yollanıb. Dünya çempiontında 31 öləkədən 1804 karteçi mübarizə aparacaq. Mötəbər yarışa uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, ustalar və para karateçilər qatılacaq. Müxtəlif yaşlar üzrə çəki dərəcələrindən əlavə açıq çempionat da keçiriləcək.

Yarışdan əvvəl WSF-nin Azərbaycan nümyəndəliyinin iclası keçirilib. Yığncaqda WSF-nin prezidenti Yaşar Bəşirov və beynəlxalq təşkilatın Azərbaycan nümayəndəsi Rənad Əliyev yarışa hazırlıqla bağlı danışaraq idmançılara uğurlar diləyib.

Müəllif: Natiq NƏSİROV