İdmançılarımız İtaliyada "Ironman" turnirində güclərini sınayacaqlar

Azərbaycanın idmançıları sentyabrın 17-də İtaliyada keçiriləcək nüfuzlu “Ironman” turnirində iştirak edəcəklər.

Emilia-Romanyada keçiriləcək yarışda 14 nümayəndəmiz çıxış edəcək. Onların arasında “Triterra” klubunun triatlonçuları Fəxri Əkbərov, Fərid Fərhadzadə, İzzət Nəfiyev, Kamil Əliyev, Teymur Fərəcov, Adılya Süleymanova, Rəbiyyə Orucova, Marina Belan və Bəhruz Nağıyev. Turnirdə klubun məşqçisi Aleksandr Mordasov da mübarizə aparacaq.

Onlardan başqa İtaliyada Səbuhi Səfərov, Aleksandr Parxomovski, Altun Novruzov və Ülvi Aslanzadə də çıxış edəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV