Shusha Chess 2022 turnirində rapid yarışlarında 6-cı tura start verilib

Turun ilk gedişini Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib. Sonra yarışın baş hakimi, AŞF-nin 1-ci Vitse-prezidenti Faiq Həsənov Aydın Kərimova xatirə hədiyyəsini təqdim edib.

Bu gün rapid yarışında daha 4 tur oynanılacaq. Sabah şahmatçılar blitsdə yarışacaq. Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək.

Müəllif: Natiq NƏSİROV