Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnirə start verildi

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində basketbol üzrə 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirin ilk oyunları baş tutdu. Gərgin və maraqlı mübarizə şəraitində keçən ilk görüşdə, "Zirvə Astara BK" komandası "NTD BK" kollektivinə 79-77 hesabı ilə qalib gələrək turnirə uğurlu start verdi. Günün ikinci qarşılaşmasında isə "Neftçi İK" komandası "AAAF Xırdalan BK" basketbolçularına 61-93 hesabı ilə məğlub oldular.

 Qeyd edək ki, legionerlərin də iştirakı ilə keçirilən mini turnir 6 oktyabr tarixinə qədər davam edəcək.

Müəllif: Məsim MƏSİMZADƏ