AFFA "Arsenal"ın hücumçusuna təklif göndərdi
ESTAFET/ "Arsenal"ın hücumçusu Kamran Əliyev Azərbaycan millisində oynamaq şansı qazanıb. Forvard AFFA-dan dəvət alıb.
Mənbənin iddiasına görə, Tula təmsilçisinin hücumçusuna Azərbaycanın əsas millisində oynamaq təklif edilib. Forvardın hansı qərarı verəcəyi isə hələ ki, dəqiq deyil.
“Ximki” yetirməsi olan 24 yaşlı hücumçu “SKA-Xabarovsk” klubunda da oynadıqdan sorna bu ilə “Arsenal”a keçib. O, Azərbaycan və Rusiyanın U-20 yığmalarında oynayıb. (Sportal)