Azərbaycan şahmatçıları Antalyaya yollandı

ESTAFET/ Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa Çempionatına start veriləcək.

Qitə çempionatında 8,10,12,14,16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclü şahmatçıları müəyyənləşəcək.

Azərbaycanı yarışda 39 şahmatçı təmsil edəcək.

Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Müəllif: Natiq NƏSİROV