Sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatına yekun vurulub

Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Bakı çempionatına yekun vurulub.

Paytaxtın müxtəlif klub və cəmiyyətlərindən sərbəst güləş üzrə 133, yunan-Roma güləşi üzrə isə 87 pəhləvan müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb.

Sərbəst güləş yarışlarında Riad Aslanov (57 kq), Nurlan Tağızadə (61 kq), İntiqam Vəlizadə (65 kq), Rübəli İbrahimli Hüseynov (70 kq), Əbülfəz  Nəsirov (74 kq), Vurğun Əliyev (79 kq), Kamran Tağıyev (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq), Sənan Mustafayev (125 kq), yunan-Roma güləşi üzrə mübarizədə isə Rəşad Məmmədov (55 kq), Rəhman Kərimov (60 kq), Sakit Quliyev (63 kq), Həsən  Məmmədli (67 kq), Füzuli Abbasov (72 kq), Davud Məmmədov (77 kq), Elcan Məmmədov (82 kq), Əli Quliyev (87 kq), Qabil Əhmədov (97 kq), Xəyal Mehdiyev (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Qalib idmançılar Baş İdarə tərəfindən medal və diplomlarla təltif olunublar.

Müəllif: Natiq NƏSİROV