Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirildi
27 noyabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 7-ci turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü çempionatın liderlərindən sayılan "Gəncə BK" və "Sərhədçi PİK" komandaları arasında keçirildi. Gərgin keçən oyundan Gəncə basketbolçuları 90-76 hesablı qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Kris Hamil - 25 xal, 5 ribaund ), "Sərhədçi PİK" ( Maksvel Starvud - 27 xal, 5 ribaund ). Günün ikinci oyununda iki paytaxt təmsilçisi "Neftçi İK" və "NTD BK" basketbolçuları qarşılaşdılar. Bu oyunda "NTD BK" komandası rəqibi üzərində 75-88 hesabı ilə qələbə qazandı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" (Reymond Miller - 28 xal, 10 ribaund ), "NTD BK" (Londell King - 20 xal, 8 ribaund )
Qeyd edək ki, turun bağlanış oyunu 27 noyabr saat 15:00 tarixində Şəki Olimpiya İdman Kompleksində, "Olimpik Şəki BK" və "Sabah BK" komandaları arasında keçiriləcək.