Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

5 dekabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.

Yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Qadınlar -48 kq., -57 kq. və +70 kq. çəki dərəcələrində, kişilər isə -73 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində güclərini sınayıblar.

Bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” İdman Klubu 4:0 hesabı ilə "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu 2” isə 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi 2”-ə qalib gəlib.

Final görüşü “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu İdman Birliyi 1” arasında keçirilib. “Neftçi İdman Klubu 1” 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

1. Neftçi İdman Klubu 1

2. Atilla İdman Klubu İdman Birliyi 1

3. “Kanokan TT” İdman Klubu

3. Neftçi İdman Klubu 2

5. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

5. Atilla İdman Klubu İdman Birliyi 2

7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi

7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi

Müəllif: Natiq NƏSİROV