Musa Qurbanlı üçün ödəmək istənilən məbləğ

ESTAFET/ Polşanın “Poqon” klubunun “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ məlum olub.

Yerli mətbuatın (“24kurier.pl) xəbərinə görə, Qurbanlının transferi polşalılara təxminən 350 min avroya başa gələ bilər.

Heyətini mərkəz hücumçusu ilə gücləndirmək istəyən Ekstraklassa təmsilçisi 20 yaşlı futbolçunun keçidi sayəsində bu problemi həll etməyi planlaşdırır. Transferin baş tutma ehtimalının yüksək olduğu bildirilir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musanın Ağdam klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Müəllif: Orxan NOVRUZOV