“Vüqar Həşimov Memorialı-2022”nin püşkü atıldı

ESTAFET/ “Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinin püşkü atılıb. İlk turda üz-üzə gələcək qrossmeysterlər bəlli olub.

“Vüqar Həşimov Memorialı-2022”
1-ci tur

Abdulla Qədimbəyli - Rauf Məmmədov
Van Hao (Çin) - Şəhriyar Məmmədyarov
Semuel Şenklend (ABŞ) - Aydın Süleymanlı
Nodirbek Abdusattorov (Özbəkistan) - Valeho Pons (İspaniya)
Riçard Rapport (Rumıniya) - Qukeş Dommaracu (Hindistan)

“Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.

Müəllif: Natiq NƏSİROV