Günay Məmmədzadə yarış ilinə Çində start verir

ESTAFET/ Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadə bu gün Çinin Sian şəhərində “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində mübarizəyə başlayır.

Yarış sürətli formatda dairəvi sistem üzrə keçiriləcək. Turnirdə ümumilikdə 12 şahmatçı çıxış edəcək.

Yarışda Məmmədzadə ilə yanaşı, sürətli şahmat üzrə son iki dünya çempionatının qalibi Bibisara Assaubayeva (Qazaxıstan), Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu, Li Xueyi (hamısı  Çin) mübarizə aparacaq.

Turnirə yanvarın 8-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV