AVF nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

ESTAFET/ Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa idarə təşkilatı komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Həmyerlimiz Belqradda qadın voleybolçular arasında Çempionlar Liqasının C qrupu çərçivəsində keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək qarşılaşmanın hakimləri makedoniyalı Sanja Simonovska və yunanıstanlı Vasileios Vasileiadis olacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV