"NTD" basketbolçularından inamlı qələbə

ESTAFET/ 12  yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 13-cü turu çərçivəsində daha bir oyun baş tutdu. "Gəncə BK" və "NTD BK" komandaları arasında keçirilən gərgin oyunun sonunda, 86-79 hesablı qələbə qazanan "NTD" basketbolçuları 1 günlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəldilər.Ən məhsuldar basketbolçular:  "Gəncə BK BK" ( Ceylon Perri - 28 xal, 2 ribaund ), "NTD BK" ( Kuinton Kempbel - 23 xal, 5 ribaund )

Qeyd edək ki, 13-cü turun digər oyunları ( "Neftçi İK" - "Zirvə Astara BK", "Olimpik Şəki BK"- "AAAF Xırdalan BK ) 14 və 15 yanvar tarixlərində keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ