Azərbaycan basketbolunda daha bir ilk

Azərbaycan basketbol tarixində ilk dəfə olaraq bölgədən canlı televiziya yayımı reallaşacaq. Belə ki, 21 yanvar saat 15:00-da 14-cü turun Astara Olimpiya İdman Kompleksində baş tutacaq "Zirvə Astara" - "AAAF Xırdalan" komandaları arasındakı oyun, CBC Sport televiziyası vasitəsilə basketbol sevərlərə təqdim olunacaq.

Müəllif: Məsim MƏSİMZADƏ