Abdusattorov vahid liderdir - TATA STEEL CHESS 2023

ESTAFET/ Niderlandda dünyanın ən qədim və nüfuzlu şahmat turnirlərindən biri olan ənənəvi Veyk-an Zee Şahmat Festivalı (TATA STEEL CHESS) davam edir.

Təəssüf ki, sayca 85-ci dəfə keçirilən bu nüfuzlu turnirdə Azərbaycan təmsilçiləri yer almayıblar. 

Bu gün güclülərin yarışında 8-ci turun oyunları keçirilib. 

Son dövrlər şahmat dünyasının yeni parlayan ulduzu - özbək Nodirbek Abdusattorov uğurlu çıxışını davam etdirməkdədir. 

Son turda da məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən özbək vunderkind 8 turdan sonra 6 xalla turnir cədvəlinin vahid lideridir. 

Qeyd edək ki, 14 şahmatçının yarışdığı nüfuzlu turnir 13 turdan ibarət olacaq. 

Müəllif: Natiq NƏSİROV