AVF-nın baş koordinatoru Çelenc kuboku yarışının oyununda hakimlərin işinə qiymət verəcək

ESTAFET/ Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib. Gözəlbəyli 2023-cü ilin ilk təyinatı olaraq kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 final matçının supervayzeri təyin edilib. Həmyerlimiz yanvarın 26-da Buxarest şəhərində keçiriləcək “Steaua Bucuresti” (ROU) - “ Olympiacos Piraeus” (GRE) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri niderlandlı Mark Jan Vinstra və italiyalı Michele Brunelli olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV