"Sərhədçi PİK" basketbolçularından növbəti qələbə

2 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində, "Sərhədçi PİK" və "Neftçi İK" basketbolçuları arasında 16-cı turun daha bir oyunu baş tutdu.
Oyuna üstün başlayan "Sərhədçi PİK" basketbolçuları yekunda parketdən 86-77 hesablı qələbə ilə ayrıldılar.
Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Keron Beyker - 21 xal, 2 asist ), "Neftçi İK" ( Davit Lomidze - 20 xal, 3 ribaund )
