Ölkə çempionatında növbəti oyunların vaxtı açıqlandı
ESTAFET/ Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin son turu fevralın 9-da keçiriləcək.
6-cı turun ilk qarşılaşması “Abşeron” və “Murov” komandaları arasında olacaq. Bu görüş saat 16:00-da başlanacaq. Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.
Kişi voleybolçular arasında Azərərbaycan Yüksək Liqasında 6-cı turun oyunları isə fevralın 10-da təşkil olunacaq. Həmin gün ilk olaraq saat 16:00-da MOİK və “Neftçi” komandaları qarşılaşacaqlar. İkinci dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.
Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.