Gəncəlilərin də basketbol həsrətinə son verilir
ESTAFET/ Azərbaycan basketbol tarixində ilk dəfə olaraq bir mövsüm ərzində üçüncü bölgə komandası öz ev oyunlarını doğma azarkeşlər önündə keçirəcək. Gəncə Olimpiya İdman Kompleksində son tamamlama işləri yekunlaşdıqdan sonra, yerli basketbolçular bu mövsüm ilk ev oyuna çıxacaqlar. 11 fevral saat 19:00 -da start götürəcək qarşılaşmada "Gəncə BK" komandasının rəqibi "AAAF Xırdalan BK" olacaq